“Orfoqrafiya və orfoepiya qaydaları, Fonetik təhlil” mövzusunda vebinar keçiriləcək

Tarix: 20.12.2022
Paylaş:

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

Növbəti vebinar 23 dekabr tarixində saat 16:00-da “Orfoqrafiya və orfoepiya qaydaları, Fonetik təhlil” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 155 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini, qabaqcıl təhsil işçisi Vəfa Məmmədova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.