ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 20 aprel 2022-ci il tarixində 18, 35, 38, 51, 75, 154, 173, 227 və 301 nömrəli tam orta məktəblərin psixoloqları ilə görüş təşkil edilib. Görüşün keçirilməsində məqsəd qeyd edilən ümumtəhsil müəssisələri üzrə Məktəbin İnkişaf Planında (MİP) öz əksini tapan istiqamətlərə uyğun olaraq sağlam sosial-emosional mühitin səmərəli təşkili və şagirdlərin şəxsiyyət kimi formalaşmasında psixoloq fəaliyyətini daha da artırmaqdır.
Görüş iştirakçıları “Psixoloq işinin təşkili” barədə təqdimatlar nümayiş etdiriblər. Nümayiş əsasında psixoloqların hazırki fəaliyyətləri, işlərində yaranan problemlər, dəstəyə ehtiyac duyulan sahələr və təkliflər müzakirə edilib.
Görüşdə məktəb psixoloqları ilə birgə məktəblərdə şagird-məktəb-valideyn münasibətlərinin düzgün qurulması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, məktəbdaxili bullinq (qısnama), mobbinq və digər istiqamətlərdə sağlam mühitin qurulması üçün müvafiq addımların atılması və psixoloqların peşəkar inkişafına yönələn bir sıra fəaliyyətlər planlaşdırılıb.
Qeyd edək ki, metodik dəstək göstərilən məktəblərdə psixoloqlarla mütəmadi olaraq seminar tipli görüşlərin keçirilməsi nəzərdə tutulur.