ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi metodik görüşləri davam etdirir.
Görüşlərin əsas məqsədi Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafıdır.
Dekabr ayının ikinci yarısında 154 və 178 nömrəli tam orta məktəblərdə keçirilən görüşlərdə məktəbin təlim ehtiyaclarına uyğun müəllimlərə bir sıra metodik tövsiyələr verilib.
Qeyd edək ki, metodik görüşlərin hər ay olmaqla fənlər üzrə qruplaşdırılmış şəkildə təşkil olunması, eləcə də görüş və seminarlardan sonra müəllimlərin fəaliyyətində dəyişikliklərin olub-olmamasını müəyyənləşdirmək məqsədilə yanvar ayından etibarən təkrar dərsdinləmələrin keçirilməsi nəzərdə tutulur.