4 – 9 fevral 2023-cü il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2023” qış düşərgəsi təşkil ediləcək.
🚩Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və kibertəhlükəsizlik sahəsində karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır.
🔹 “CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır:
✔ Veb-proqram təminatlarında rast gəlinən və “TOP 10 OWASP” üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında);
✔ Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi;
✔ Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar;
✔ Kriptoqrafiyaya aid tapşırıqlar.
🔸Kibertəhlükəsizlik sahəsi üzrə bilik və bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədi daşıyan qış kampında aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur:
● Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr;
● Sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri.
⚠️ Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi: 16 yanvar 2023-cü il
❗️Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün 21 yanvar 2023-cü il tarixdə test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər kampda iştirak hüququ qazanacaqdır.
‼️Kampda iştirakçı sayı məhduddur. Seçilən şəxslərə qış kampı barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.
🔗Qeydiyyat üçün keçid: https://forms.gle/n79cyKA7VPknRWcH6
📲Əlaqə: +99499 899 01 11
📩 Elektron ünvan: Apply@konullu.edu.az (subject: Cybercamp)