“Dərslik mətnlərinin dil və üslubu ilə bağlı tövsiyələr”

Tarix: 16.01.2023
Paylaş:

Dərslik komplektlərini tərtib edən müəlliflər, onların qiymətləndirilməsi üzrə ekspertlər, əlyazmanın elmi-metodik və dil-üslub redaktorları və nəşriyyat işçilərinə praktik kömək məqsədilə hazırlanmış “Dərslik mətnlərinin dil və üslubu ilə bağlı tövsiyələr” ümumi təhsil müəssisələri üçün tədris resurslarının keyfiyyətinin yüksəldilməsinə yönəlik aşağıdakı hədəfləri nəzərdə tutur:

• Azərbaycan dilində dərslik komplektlərinin müəllifləri tövsiyələrdən istifadə etməklə hazırladıqları mətnlərin mürəkkəblik dərəcəsinin hədəf auditoriyasına nə qədər uyğun olub-olmadığını qiymətləndirə biləcək, nəticədə məzmunun təhsilalanlar tərəfindən asan mənimsənilməsinə kömək etmiş olacaq;

• Dərslik mətnlərinin oxunabilirliyinin yüksəldilməsinə dair verilmiş tövsiyələr müəlliflərə uyğun mətnlər hazırlamaqda yardımçı olacaq; 

• Tövsiyələrin ünvanlandığı mütəxəssislər bu çağırışlara uyğun hazırlanmış və istifadə üçün açıq olan www.oxunabilir.az İnternet resursundan istifadə edərək Azərbaycan dilində olan hər hansı mətnin statistik göstəricilərini, eləcə də mətnin oxunabilirlik səviyyəsini müəyyənləşdirə biləcək; 

• Adıçəkilən İnternet resursu dərsliklərin qiymətləndirilməsi zamanı ekspert qruplarının üzvlərinə ədəbi dil normalarına uyğun olmayan, mətnin mürəkkəbliyi və çətinliyinin müəyyənləşdirilməsinə, eləcə də çox uzun (çoxhecalı) sözlərin və cümlələrin avtomatik olaraq aşkarlanmasında kömək edəcəkdir.

Müvafiq linkə keçid etməklə vəsaitlə tanış ola bilərsiniz:

Dərslik mətnlərinin yazılmasına dair tövsiyələr