ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı məqsədilə keçirilən metodik görüşlər davam edir.
Bu məqsədlə 16-27 yanvar tarixlərində 38, 75, 154 və 173 nömrəli tam orta məktəblərdə metodik görüşlər keçirilib. Fənn müəllimlərinin təlim ehtiyaclarına uyğun şəkildə təşkil edilən görüşlər zamanı onlara bir sıra metodik tövsiyələr verilib.
Görüşdə müəllimlərin tədris prosesində qarşılaşdıqları ümumi problemlərlə yanaşı, “Dərsin planlaşdırılması”, “KSQ və BSQ tapşırıqlarına qoyulan tələblər” və “Fənn müəllimlərinin nümunəvi dərsinin müzakirəsi” kimi mövzularla bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, metodik görüşlərin hər ay olmaqla fənlər üzrə qruplaşdırılmış şəkildə təşkil olunması, eləcə də görüş və seminarlardan sonra müəllimlərin fəaliyyətində dəyişikliklərin olub-olmamasını müəyyənləşdirmək məqsədilə təkrar dərsdinləmələr keçirilir.