“Durğu işarələri” mövzusunda vebinar keçiriləcək

Tarix: 15.04.2022
Paylaş:

20 aprel saat 17:00-da Azərbaycan dili üzrə “Durğu işarələri” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində təlimçi müəllim Aqil Əliyev çıxış edəcək.

Vebinarın keçirilməsində məqsəd müəllimlərin sertifikasiya imtahanı ilə bağlı olaraq “Durğu işarələri” mövzusuna dair əsas məsələləri, həmçinin müxtəlif növ tapşırıqların təhlilini müəllimlərin diqqətinə çatdırmaqdır.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.