ARTİ MDPİM “Peşəkar ol” layihəsi üzrə təlimlərə start verib

Tarix: 07.02.2023
Paylaş:

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi “Peşəkar ol” layihəsi üzrə təlimlərə start verib. Təlimlərə Azərbaycan Dillər Universitetinin müraciəti əsasında pedaqoji fakültələrdə təhsil alan bakalavr və magistrlar cəlb olunub.

6 fevral tarixindən başlayan təlimlər “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Oxu bacarıqları”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Sinfin idarəedilməsi”, “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”, “Rabitəli nitqin inkişafı”, “Müəllimlərin işə qəbulu prosesi haqqında məlumatlandırma”, “Təhsildə neyroelm”, “Öyrətmə və öyrənmənin xüsusiyyətləri”, “Müəllim-şagird münasibətləri” mövzularını əhatə edir.

Təlimlər fevralın 10-dək davam edəcək və təlim proqramını uğurla bitirən iştirakçılara Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Peşəkar ol” layihəsinin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir.