ARTİ-nin Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması məqsədilə müəllif müsabiqəsi elan edir.
Tələblər:
• Riyaziyyat fənni üzrə dərin biliklər;
• Araşdırmaçılıq, tədqiqatçılıq keyfiyyətləri;
• Yüksək özünütəhsil vərdişləri;
• Xarici dil bilikləri – rus və ingilis dillərində ən azı, oxuyub-anlama səviyyəsi;
• Kompüter və İKT-dən istifadə bacarıqları;
• Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı;
• Pedaqoji təcrübə;
• Fənn kurikulumu ilə tanışlıq;
• Riyaziyyat fənni və tədrisi üzrə elmi dərəcə arzuolunandır;
• Tədris resurslarının hazırlanması üzrə təcrübə arzuolunandır.
Müsabiqədən keçən müəllifliyə namizədlər xarici mütəxəssislər tərəfindən keçiriləcək təlimlərə cəlb olunacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini trm@arti.edu.az elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.