ARTİ Məktəb əsaslı metodik xidmətin formalaşdırılması işlərini davam etdirərək daha 10 məktəbdə Məktəbin İnkişaf Planının (MİP) hazırlanması prosesinə başlayıb. Bununla əlaqədar olaraq 3 mart 2023-cü il tarixində ARTİ-nin direktoru Rüfət Əzizovun MDPİM-in direktoru Nəzakət Mehdiyeva, MDPİM əməkdaşları və müvafiq məktəblərin (91, 111, 159, 162, 238, 242, 260, 265, 276, 284 nömrəli) direktor və direktor müavinləri ilə görüşü keçirilmişdir.
Görüşün məqsədi məktəblərin rəhbərlərini MİP-in yazılması və icra prosesi ilə tanış etmək, atılacaq addımları planlaşdırmaq idi. Görüşdə ARTİ nin direktoru Rüfət Əzizov çıxış edərək MİP-in hazırlanmasının məqsədi və üstünlükləri haqqında danışmış, bu sahədə ARTİ-nin təcrübəsini paylaşmış və məktəb rəhbərlərinə lazımi tövsiyələr vermişdir. Həmçinin MİP-in yazılması və icrası zamanı qarşılıqlı əməkdaşlığın necə qurulacağı haqqında danışmışdır.
Görüşdə MDPİM in direktoru Nəzakət Mehdiyeva da çıxış etmiş, direktorlara məktəblərdə yaradılacaq MİP komandasının tərkibi və fəaliyyəti haqqında məlumat vermişdir. Daha sonra məktəblərin idarə heyətinin onları maraqlandıran sualları cavablandırılmış, ARTİ-nin MİP məktəblərinə göstərəcəyi metodik dəstəyin forma və məzmunu müzakirə edilmişdir.
Görüşün sonunda qeyd edilən məktəblərdə metodik dəstəyin başlanma tarixləri müəyyənləşdirilmişdir.
Qeyd edək ki, ARTİ-nin TKTA tərəfindən inspeksiya olunmuş məktəblərlə MİP-in hazırlanması və icrası sahəsində fəaliyyətinə artıq keçən tədris ilindən başlanılmış və bu il məktəblərin sayı 20-yə çatdırılmışdır.