ARTİ MDPİM tərəfindən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Tarix: 07.03.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.

6 mart tarixində Namiq Babayev adına 144 nömrəli tam orta məktəbdə təşkil edilən seminar riyaziyyat fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. İlahə Həmidova tərəfindən təqdim edilən icmal VII sinif dərsliyində olan “Xətti funksiyanın qrafiklərinin qarşılıqlı vəziyyəti” mövzusu üzrə olub.

Seminar zamanı təlim məqsədinə uyğun olaraq meyarların təyini, hər bir şagirdin potensial, bilik və bacarıq səviyyəsinə müvafiq tapşırıqların verilməsi, şagird fəallığının təmin edilməsi, dərsin planlaşdırılması məsələləri müzakirə edilib.

Seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.