ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 11 aprel 2022-ci il tarixində həyat bilgisi fənnini tədris edən müəllimlər üçün “Refleksiv müəllim” vebinarı keçirilib. İştirakçılara Ş.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sadıqova Təhminənin təqdimatı əsasında I sinif həyat bilgisi dərsliyində olan “Təhlükəli avadanlıqlar” mövzusu üzrə dərs icmalı təqdim edilib.
Layihənin məqsədinə uyğun olaraq müəllimlər əvvəlcə icmalı müzakirə edib, sonra ardıcıl olaraq dərslə bağlı sual, qeyd və təkliflərini bildiriblər. Yekunda isə birgə fikir mübadiləsi aparılmaqla dərsin daha səmərəli, uğurlu icmalı hazırlanıb.
Qeyd edək ki, daha təkmil formada hazırlanan dərs icmalları müxtəlif fənn müəllimlərinin yararlanması üçün müvafiq platformalarda yerləşdiriləcək.