Təcrübəçi magistrantlarla görüş təşkil olunub

Tarix: 14.03.2023
Paylaş:

ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Laləzar Cəfərovanın 10 mart 2023-cü il tarixində BSU-nun İbtidai təhsil kafedrasında “Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası” ixtisası üzrə elmi-tədqiqat təcrübəsi keçən təcrübəçi magistrantlarla görüşü təşkil olunub.

Görüşdə Laləzar Cəfərova magistrlara məktəbəqədər təhsil sahəsində həyata keçirilən təhsil islahatlarından, məktəbəqədər təhsilə müasir yanaşmalardan, o cümlədən normativ hüquqi sənədlərin, standart və kurikulumların hazırlanmasından bəhs edib, həmçinin məktəbəqədər təhsil sahəsində, eləcə də məktəbəqədər təhsilin məzmunu üzrə apardığı çoxsaylı tədqiqatlar haqqında məlumat verib. O, elmi-təqdiqat mövzusu ətrafında magistrantları maraqlandıran sualları da cavablandırıb.