Azərbaycanlı şagirdlər Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb

Tarix: 15.03.2023
Paylaş:

Azərbaycanlı şagirdlər Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul alıb.

Qeyd edək ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva riyaziyyat fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalar qalibi olub. Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi olan Dəniz Səttarlı da kimya fənni üzrə dəfələrlə respublika və beynəlxalq olimpiadalarında qələbə qazanıb.

Şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq.