31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib

Tarix: 31.03.2023
Paylaş:

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində 31 Mart soyqırımı ilə əlaqədar tədbir keçirilib.

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı 31 mart tarixində təşkil edilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı soyqırım mövzusunun məktəblərdə tədrisi vəziyyəti, müxtəlif ədəbiyyatlarda əks olunması məsələləri diqqətə çatdırılıb.

Eyni zamanda, ARTİ MDPİM-də 31 Mart soyqırımına həsr olunmuş fotosərgi də təqdim olunub və hadisə ilə bağlı müxtəlif illərdə dərc edilmiş kitablar nümayiş etdirilib.