6 aprel 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə növbəti görüş təşkil olunub.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar verilib, müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.