Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Gəncə şəhərində 8-ci sinif şagirdləri üçün riyaziyyat fənnindən olimpiadalara hazırlıq dərslərinə start verilib.
Dərslər həftədə 4 saat olmaqla, mühazirə və seminar formasında təşkil olunur. Dərslərdə iştirak edən şagirdlər Azərbaycan Respublikasının Təhsil İnstitutu və müvafiq ümumtəhsil müəssisələrinin səhifələrində elan edilmiş (https://bit.ly/403QcXZ) imtahanın nəticələrinə əsasən seçilib.
Dərslərdə iştirak edən şagirdlərə uğurlar arzulayırıq.