12 aprel 2023-cü il tarixində ARTİ-nin “Dissertasiyalarda ədəbi dil normalarının gözlənilməsi” adlı seminarı keçirilib. Seminar ARTİ-nin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına qəbul olan doktorantlar üçün nəzərdə tutulub.
Seminarda spiker qismində ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov giriş sözü ilə çıxış edib və müntəzəm olaraq hər ay keçirilən seminarların mahiyyətini vurğulayıb.
Daha sonra institutun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin böyük elmi məsləhətçisi, dosent Asif Hacıyev mövzu ilə bağlı məruzə edərək təqdimatla çıxış edib. Sonda Asif Hacıyev doktorant və dissertantları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, ARTİ hər ay öz sahəsində peşəkar olan tədqiqatçı və mütəxəssislərin iştirakı ilə doktorant və dissertantlar üçün müxtəlif mövzularda seminarlar təşkil edir.