Quba şəhərində 8-ci sinif şagirdləri üçün riyaziyyat fənnindən olimpiadalara hazırlıq dərslərinə start verilib

Tarix: 13.04.2023
Paylaş:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Quba şəhərində 8-ci sinif şagirdləri üzrə riyaziyyat fənnindən olimpiadalara hazırlıq dərslərinə start verilib.

Dərslər həftədə 4 saat olmaqla, mühazirə və seminar formasında təşkil olunur. Dərslərdə iştirak edən şagirdlər Təhsil İnstitutunun və müvafiq ümumtəhsil müəssisələrinin səhifələrindən elan edilmiş (https://bit.ly/3KzGpTD) imtahanın nəticələrinə əsasən seçilib. Dərslərin təşkil olunmasında məqsəd informasiya texnologiyaları, süni intellekt və data elmi kimi güclü riyazi bilik tələb edən sahələrə marağı olan və bölgələrdə yerləşən ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin müvafiq istiqamətlər üzrə lazım olan riyazi bilik və bacarıqların dərindən öyrənilməsini təmin etməkdir.

Dərslərdə iştirak edən şagirdlərə uğurlar arzulayırıq.