“III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı başlayıb

Tarix: 06.04.2022
Paylaş:

Aprel ayının 2-si tarixində Heydər Əliyev Mərkəzində Autizm maarifləndirmə tədbirləri çərçivəsində “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransı başlayıb.

Keçirilən konfransın açılışında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, tədqiqatlar autizmi yalnız dərmanlar vasitəsilə sağaltmağın mümkün olmadığını göstərir. Bu xəstəliyin əsas müalicəsi ünsiyyət və təlim, həmçinin reabilitasiya yolu ilə həyata keçirilməlidir. O bildirib ki, autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq çox vacibdir.

Konfransın 2-ci günündə çıxış edən ARTİ-nin direktor müavini Ülkər Babayeva ümumtəhsil müəssisələrində inklüziv təhsil haqqında danışıb.