10-14 aprel tarixlərində Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Quba, Daşkəsən, Göygöl, Xaçmaz, Qusar rayonlarında 2, 3, 4 və 9 – cu sinif şagirdləri ilə oxu və riyazi savadlılıqlarının müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan dili və riyaziyyat fənlərindən qiymətləndirmə və həmin şagirdlərin valideynləri ilə sorğu keçirilmişdir.
Gəncə şəhərində keçirilən monitorinq zamanı Gəncə-Daşkəsən regional təhsil idarəsinin rəhbəri Anar Qədiməliyevlə də görüş olmuşdur.
Qeyd edək ki, valideynlərlə keçirilmiş sorğunun məqsədi şagirdlərin oxu və riyazi savadlılığının inkişafına sosial amillərin, ailə və məktəb mühitinin təsirini müəyyənləşdirməkdir.