10 aprel tarixindən etibarən start verilən dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.
Müsabiqədə iştirak etmək üçün ümumilikdə 7883 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifəsinə müvafiq məlumat göndəriləcək.
Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Qaydalara uyğun olaraq, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailələrinin üzvlərinə veriləcək.
Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə qısa müddət ərzində ictimaiyyətə məlumat veriləcək.
Müsabiqədə iştirak edən namizədlərə uğurlar arzulayırıq!