“Məktəbəqədər təhsil müəssisələrində təlimin təşkili strategiyaları” mövzusunda tədbir keçirilib

Tarix: 17.04.2023
Paylaş:

Azərbaycan təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri olan təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni yanaşmaların tətbiqi və onlardan səmərəli istifadənin təşkili təhsilin digər pillələrində olduğu kimi, məktəbəqədər təhsil sistemində də əhəmiyyətlidir.

Respublikamızda məktəbəqədər təhsil sahəsində aparılan son islahatlar və məktəbəqədər təhsilin yeni məzmunu ilə bağlı bu sahədə çalışan pedaqoji heyətin işinə dəstək olmaq məqsədilə 13 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Xətai rayonunda yerləşən 72 saylı uşaq bağçasında “Məktəbəqədər təhsil müəssisələrində təlimin təşkili strategiyaları” mövzusunda tədbir keçirilmişdir.

Rayonun digər məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin də iştirak etdiyi tədbirdə məktəbəqədər təhsilin səmərəli təşkili, perspektiv və cari planlaşdırma, təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılmış, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.