17 aprel tarixində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan müəllimlər ilə sertifikatlaşdırma prosesinə dair görüş təşkil olunub.
Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı ətraflı məlumat verilib.
Görüş müddətində müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.