“Coğrafi yanaşma və coğrafiya fənninin məzmununa dair yeniliklər” mövzusunda vebinar keçiriləcək

Tarix: 20.04.2023
Paylaş:

28 aprel tarixində saat 20:00-da ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmovun moderatorluğu ilə “Coğrafi yanaşma və coğrafiya fənninin məzmununa dair yeniliklər” adlı vebinar baş tutacaq.

Vebinarda spiker qismində Türkiyənin Qazi Universitetinin coğrafiya kurikulumunun təkmilləşdirilməsi üzrə xarici konsultant Prof. Dr. Servet Karabağ və digər üzvləri Famil Ələkbərov və Şərafət Hüseynli çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.