“İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində diaqnostik qiymətləndirmə

Tarix: 26.04.2023
Paylaş:

ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda icra etdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi – II mərhələ” adlı layihə çərçivəsində korreksiyaedici pedaqoqlar arasında diaqnostik qiymətləndirmə həyata keçirir.

Qiymətləndirmənin məqsədi layihənin əhatə dairəsinə daxil olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və bütün şagirdlərin akademik və sosial uğuruna töhfə verərək inklüziv təhsilin keyfiyyətinə birbaşa təsir edən korreksiyaedici pedaqoqların sahə üzrə biliklərini dəyərləndirməkdir. Sözügedən qiymətləndirmə nəticəsində müəyyən ediləcək ehtiyaclara uyğun olaraq təlim proqramının hazırlanması və həmin proqram əsasında təlimlərin təşkil edilməsi planlaşdırılır.