ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə start verib. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır.
Təlimlərdə spiker qismində ARTİ əməkdaşları Leyla Sultanlı, Həsən Əlili, Əli Tağıyev, Müşərrəf Məmmədova, həmçinin Gülnar Cəfərova, Əminət Diqanayeva çıxış edirlər.
Sonda təlimləri uğurla bitirən şəxslərə ARTİ tərəfindən sertifikat təqdim olunacaq.
Qeyd edək ki, 23 mart tarixində başlayan təlimlər 4 həftə davam edəcək.