Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsi institutun struktur vahidi olub, onun nizamnaməsində formalaşmış ümumi və öz əsasnaməsinə uyğun vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. O öz işini “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa (2009-cu il) əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 №-li qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na, İnstitutun Nizamnaməsi, şöbənin əsasnaməsi və illik fəaliyyət planına əsasən qurur.
Şöbə işini institutun nəzdində olan bütün şöbələrin müvafiq əməkdaşlıqları, elmi müxbirləri, doktorant və dissertantları ilə əlaqələndirir, fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertant hazırlığına rəhbərlik edir. ARTİ-nin struktur şöbəsi olaraq ölkənin ali təhsil müəssisələri, AMEA-nın institutları, təhsil mərkəzləri və qurumları ilə yaxın əməkdaşlıq edir. Yerli və xarici (dövlət və özəl olmaqla) təhsil sisteminin idarəetmə strukturlarının doktorantura şöbələri ilə əməkdaşlığını qurur, müvafiq sahə üzrə təhsil sahəsində maarifləndirmə mexanizmini hazırlayır. Beynəlxalq əməkdaşlığa əsasən universitetlərarası və qurumlararası ikitərəfli razılaşmalar, anlaşma memorandumları, əməkdaşlıq protokolları və digər bu kimi hüquqi vasitələr çərçivəsində həyata keçirilir. Doktorant və dissertantların səmərəli fəaliyyət göstərmələrinə elmi rəhbərlər faydalı məsləhətləri ilə yaxından kömək göstərirlər. Hazırda institutda çalışan elmi işçilərin əsas hissəsi onun doktoranturasının yetişdirməsidirlər. İnstitutun hazırladığı yüksək ixtisaslı kadrlar eyni zamanda respublikamızın müxtəlif pedaqoji və elmi müəssisələrində, eləcə də Azərbaycan Respublikasının Təhsil Nazirliyində çalışırlar. İnstitutun yetirmələri respublikanın müxtəlif elmi və pedaqoji təhsil müəssisələrində elmi işçi, baş müəllim, dosent, professor, kafedra müdiri, prorektor və rektor kimi fəaliyyət göstərirlər.