Tədris resursları

İnstitutun fəaliyyətində əsas istiqamətlərdən biri də tədris resurslarının hazırlanmasından ibarətdir. Bu missiya intensiv şəkildə yerinə yetirilsə də, son dövrlərdə onunla bağlı xüsusi şöbə yaradılmış, planlı və mütəşəkkil işlər həyata keçirilməkdədir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələr kimi təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə səriştəyə əsaslanan şəxsiyyətyönlü yeni kurikulumların hazırlanması, innovativ təlim
texnologiyalarının hazırlanması, təhsilalanların istedadının aşkara çıxarılması və inkişafı, xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının, təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması istiqamətində məqsədyönlü nəzəri-praktik tədqiqatlar aparılmış, uyğun təlim resursları işlənmişdir.