Azərbaycan Respublikasının Təhsil İnstitutunun beynəlxalq qurumlarla əməkdaşlıqda həyata keçirdiyi layihələr aparılmış müxtəlif tədqiqatlar vasitəsilə aşkarlanmış ehtiyaclar əsasında müəyyənləşir. Bu layihələr əsasən 2 istiqamət üzrə qruplaşdırılır: sabit dövrü əhatə edən layihələr və böhran vəziyyətləri və onların yaratdığı təsirlərin aradan qaldırılmasına yönəlik layihələr.
Eyni zamanda, təhsil sahəsində milli və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə beynəlxalq təşkilatların dəstəyi ilə layihələr icra olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş strategiyalar, strateji yol xəritələri, konsepsiyalar, dövlət proqramları, fəaliyyət planları və proqramlarının, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin beynəlxalq qurumlarla imzaladığı təhsil proqramlarının icrası məqsədilə müxtəlif istiqamətlərdə layihələr həyata keçirilir.
Həyata keçirilən layihələrin effektivliyi mütəmadi olaraq qiymətləndirilir.