Kibertəhlükəsizlik

“Kibertəhlükəsizliyə giriş” (2020-ci ilin oktyabr ayından “Kibertəhlükəsizlik” adlanır) layihəsi də davam etdirilmişdir. Bu layihədə məqsəd Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış qrupların yaradılması – kibertəhlükəsizlik, informasiyanın texniki mühafizəsi üzrə mütəxəssis hazırlığı; yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə işlərinin aparılması olmuşdur. 2020-ci ildə aşağıdakı işlər görülmüşdür:

1. TTM-də 21 işçi yerindən ibarət (20 tələbə və 1 təlimçi) kibertəhlükəsizlik laboratoriyası yaradılmışdır.

2. 5 ali təhsil müəssisəsindən 20 tələbə 4 mövzu üzrə əyani təlimlərdə iştirak etmiş və virtual laboratoriyalarda tapşırıqlar yerinə yetirmişdir.

3. Tələbələr tərəfindən 4 fərqli mövzu üzrə araşdırma aparılmışdır.

4. İnformasiya texnologiyaları sahəsində aparıcı yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə “Əşyaların interneti dövründə kibertəhlükəsizlik təhdidlərinin dərəcələri” və “Rəqəmsal identifikasiya – məlumatların qorunması və təhlükəsizliyin açarıdır” mövzularında onlayn dəyirmi masalar, “Müasir əmək bazarının tələbləri nəzərə alınaraq iş axtarışı və uğurlu müsahibə” adlı təlim və “Tədqiqat metodları” adlı masterklas keçirilmişdir.