Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur vahidlərindən biri olub, şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində tədqiqatların aparılmasını və təkliflərin irəli sürülməsini, ayrı-ayrı siniflərdə mərkəzləşdirilmiş qaydada həyata keçirilən qiymətləndirmənin təşkilini, nəticələrin təhlilini və hesabatların hazırlanmasını, qiymətləndirmə sənədlərinin yenilənməsini həyata keçirir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmr və göstərişlərini, Nazirliyin kollegial qərarlarını, Azərbaycan Respublikası Təhsil İnstitutunun Nizamnaməsini, Elmi Şuranın qərarlarını, qüvvədə olan digər qanunvericilik aktlarını rəhbər tutaraq fəaliyyət göstərir.