STEAM

“STEAM Azərbaycan” layihəsi 2019-cu ildə fəaliyyətə başlamış, sistemli işlər həyata keçirilmişdir. 2020-ci ildə aşağıda sadalanan işlər həyata keçirilmişdir:

1. STEAM layihəsi tətbiq olunan ümumi təhsil müəssisələrinin sayı 147-yə çatdırılmış və lazımi avadanlıqlarla təmin edilmişdir;

2. STEAM dərslərini tədris edə biləcək peşəkar kadrların hazırlanması məqsədilə ölkə üzrə mərkəzlə yanaşı, 45 regiondan 800 müəllim təlimlərə cəlb edilmiş və təlimlərdə uğurlu nəticə göstərən 704 müəllim sertifikatla təltif edilmişdir;

3. Müəllimlər STEAM təhsili mövzusunda Türkiyədə təşkil olunan təlimlərdə iştirak etmişdir;

4. VI və VII siniflər üçün kurikulum və müəllimlər üçün tövsiyə xarakterli “Qiymətləndirmə vəsaiti” (Azərbaycan və rus dillərində) hazırlanmışdır;

5. Şirvan STEAM Mərkəzi açılmışdır. Gəncə və Quba şəhərləri üzrə 2 STEAM Mərkəzinin layihələndirilməsinə başlanılmışdır (fəaliyyət davam etdirilir);

6. STEAM məzmununa uyğun TV dərslər və video-çarxlar çəkilərək efirə verilmişdir;

7. Layihə çərçivəsində istehsal olunan “üz sipəri” tibb və polis işçilərinə çatdırılmışdır.