HIPPO İngilis dili olimpiadasının seçmə mərhələsinin (preliminary round) proqramı

Tarix: 23.02.2023
Paylaş:

HIPPO İngilis dili olimpiadasının seçmə mərhələsinin (preliminary round) proqramını aşağıdakı linkdən əldə edə bilərsiniz:

Hippo-1-Preliminary-Syllabus

Hippo-2-Preliminary-Syllabus

Hippo-3-Preliminary-Syllabus

Hippo-4-S10-Preliminary-Syllabus

Hippo-5-S15-Preliminary-Syllabus

Hippo-19-Preliminary-Syllabus

Little-Hippo-Preliminary-Syllabus

Qeyd edək ki, olimpiadanın ilk mərhələsi 18 mart tarixində Bakıda və bir sıra bölgələrdə keçiriləcək. Hazırda qeydiyyat aktivdir və 11 marta kimi davam edəcək. Qeydiyyat www.ttm.edu.az portalı vasitəsilə həyata keçirilir. Aşağıdakı linkə keçid edərək ətraflı məlumat ilə tanış ola və qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat linki: http://bit.ly/3INUWLD

Qeydiyyat üçün son tarix: 11.03.2023 

Hippo İngilis dili Olimpiadası bütün məktəblilər üçün açıqdır. HIPPO Olimpiadasında şagirdlər 6 ümumi və 3 xüsusi olmaqla ümumilikdə 9 kateqoriya üzrə yarışa bilərlər. 

Yaş kateqoriyaları: 

LITTLE HIPPO və ya “BALACA HIPPO” – 2013/2014/2015/2016

HIPPO 1 – 2011/2012

HIPPO 2 – 2010

HIPPO 3 – 2008/2009

HIPPO 4 – 2006/2007

HIPPO 5 – 2004/2005

Xüsusi kateqoriyalar Hippo Olimpiadasının qaydalarına uyğun olaraq ikidilli hesab edilən – əksəriyyəti və ya bütün fənləri ingilis dilində tədris olunan və ingilis dilində təhsil alan şagirdlərə şamil olunur. Bu kateqoriyalarda olan şagirdlər aşağıda qeyd olunan üç kateqoriyadan birində yarışa bilərlər:

HIPPO S10 – 2011/2012/2013/2014/2015/2016

HIPPO S15 – 2008/2009/2010

HIPPO S19 – 2004/2005/2006/2007