ARTİ 2023-cü il üçün doktorantura və dissertanturaya sənəd qəbulu elan edir

Tarix: 10.04.2023
Paylaş:

ARTİ 2023-cü il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) sənəd qəbulu elan edir.

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə üzrə imtahanı 4, 5, 6 sentyabr, ixtisas imtahanı isə 11,12,13 sentyabr 2023-cü il tarixlərində baş tutacaq.

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.

Doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytı üzərindən “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, təlimat, plan yerləri, fəlsəfə və xarici dil fənnindən doktorluq imtahanının proqramı, 2022-ci ildə xarici dil fənnindən imtahan materialı üçün qeyd olunan linklərə daxil ola bilərsiniz:

Sənəd qəbulu müddəti: 12 aprel saat 12:00-16 may saat 23:59

Ətraflı məlumat üçün: +994 12 493 82 71
+994 12 599 08 08 daxili (6209) (6236) (6212)

 

Qəbul planı -2023

Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi (TƏLİMAT)

Doktoranturaya və dissertanturaya xarici dil üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə təşkili qaydaları

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanı proqramları (2020)

Doktorantura üzrə Fəlsəfə fənnindən proqram

Xarici dil imtahanı nümunəsi