Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə RFO qalibləri elan edilib

Tarix: 08.05.2023
Paylaş:

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə Respublika Fənn Olimpiadalarının qalibləri elan edilib!

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə Respublika Fənn Olimpiadalarının yoxlama və koordinasiya (şagirdin və münsiflər heyətinin iştirakı ilə yazı işlərinin müzakirəsi) mərhələsi yekunlaşıb və təşkilat komitəsinin qərarı ilə qaliblər müəyyən edilib. Belə ki, hər iki yaş qrupu üzrə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medala layiq görülüblər. 

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın dəstəyi ilə təşkil edilir.

Müvafiq fənlər üzrə cədvəl aşağıda təqdim olunub:

Azərbaycan dili

Biologiya

Coğrafiya

Fizika

İnformatika

Riyaziyyat

Tarix

Qalibləri təbrik edir və bütün finalçılara uğurlar arzulayırıq!