ARTİ “Təlim resurslarının ekspertizası şurası”nın formalaşdırılmasına dair müsabiqə elan edir

Tarix: 12.07.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsilin müxtəlif pillə və səviyyələri üzrə “Təlim resurslarının (dərslik, əlavə dərs vəsaiti, metodik vəsait və s.-nin) ekspertizası şurası”nın (TREŞ) formalaşdırılmasına dair müsabiqə elan edir.

Müsabiqədə Azərbaycan dili, biologiya, coğrafiya, fizika, ingilis dili, kimya, riyaziyyat elmləri üzrə alimlər və müvafiq fənlər üzrə metodistlər, müəllimlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan namizədlərdən özləri haqqında məlumatı (CV-ni) əlavədəki formaya qeyd edərək “Ekspert” başlığı altında g.ashurova@arti.edu.az və ya a.xanaliyeva@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müsabiqə CV-lərin araşdırılması və müsahibə mərhələlərindən ibarət olacaq. Qaliblərlə uyğun fənn üzrə TREŞ-in eksperti kimi müqavilə bağlanacaq və onlar təlimlərə cəlb olunacaqlar.

CV forması