Təhsil İnstitutu “Məktəbdə psixoloji xidmətə dəstək” adlı metodik vəsait hazırlayıb.
Kitabda məktəbdə psixoloji xidmətə dəstək məqsədilə şagirdlərin yaradıcılıq, emosional-iradi və fərdi-psixoloji xüsusiyyətləri təhlil olunub. Eyni zamanda suisidlə bağlı risk qrupuna daxil olan uşaqların psixoloji xüsusiyyətləri tədqiq edilmiş, təklif və tövsiyələr öz əksini tapmışdır. Vəsaitdə istedadın mahiyyəti, diaqnostikası, onun ailədə, təlim prosesində təzahür xüsusiyyətləri və sağlamlığı məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşma və inteqrasiya məsələləri təhlil olunmuşdur. Kitabdan müəllim, psixoloq və valideynlər faydalana bilər.