8-9-cu sinif şagirdləri arasında riyaziyyat fənni üzrə seçmə imtahanının ikinci mərhələsi təşkil ediləcək

Tarix: 07.11.2023
Paylaş:

29 oktyabrda riyaziyyat fənni üzrə təşkil edilən onlayn imtahanda uğurlu nəticə göstərən şagirdlər (15 və ya daha çox düzgün cavab yazan) ikinci mərhələdə iştirak şansı qazanıb.

İmtahanın ikinci turu 12 noyabr 2023-cü il saat 10:00-da Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək. Əvvəlki tədris ilində təşkil edilən ikinci mərhələnin sualları ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

8-9-cu sinif şagirdləri üçün riyaziyyat fənni üzrə seçmə imtahanı – II tur həllər və qiymətləndirmə meyarları