Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək

Tarix: 12.01.2024
Paylaş:

 

24 fevral tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin informatika fənni üzrə yarımfinal turu isə VIII-IX siniflər üçün 17 fevral tarixində, X-XI siniflər üçün isə 18 fevral tarixində keçiriləcək.

Buraxılış vərəqələri tezliklə portal.edu.az platformasındakı şəxsi kabinetlərə əlavə ediləcək.

2023-2024-cü tədris ili üçün Respublika Fənn Olimpiadalarının müvafiq fənlərə uyğun proqramı:

Azərbaycan dili və ədəbiyyat

Riyaziyyat

Fizika

Kimya

Biologiya

Coğrafiya

Tarix

İnformatika

Qeyd edək ki, biologiya və fizika fənləri üzrə respublika mərhələsinin final mərhələsində praktiki tur da olacaq.

Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.

Respublika Fənn Olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.