ARTİ tərəfindən fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya sənəd qəbulu davam edir

Tarix: 02.05.2024
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2024-cü il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) sənəd qəbulu davam edir.

Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulu 15 may 2024-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, qeydiyyatı təsdiqlənən şəxslərin “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 9 iyun 2024-cü il tarixində keçiriləcək.

Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 2,3,4 sentyabr, ixtisas imtahanı isə 9,10,11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Ətraflı məlumat üçün: +994 12 493 82 71
+994 12 599 08 08 daxili (6209), (6236), (6212)

Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanı proqramları

Azərbaycan bölməsi üzrə fəlsəfə proqramı

Rus bölməsi üzrə fəlsəfə proqramı

Azərbaycan bölməsi üzrə fəlsəfə sualları

Rus bölməsi üzrə fəlsəfə sualları

Plan 2024