Peşə təmayüllü siniflərdə təhsilalanların ixtisas və yumşaq bacarıqlarının keys metodu ilə qiymətləndirilməsi

Tarix: 24.11.2025
Paylaş:

 

ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşlarının məqaləsi “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalında dərc olunub.


Mәqalәdә peşә tәmayüllü siniflәrdә tәhsil alan şagirdlәrin ixtisas vә yumşaq bacarıqlarının qiymәtlәndirilmәsindә ilk dәfә tәtbiq olunan keys әsaslı modelin tәhlili tәqdim olunur. Qiymәtlәndirmә iki mәrhәlәdә – nәzәri biliklәrin test üsulu vә praktiki-yumşaq bacarıqların komanda әsaslı tapşırıqlarla yoxlanılması yolu ilә aparılmışdır. Beynәlxalq tәcrübәlәrdәn – Estoniya, Avstra- liya vә ABŞ nümunәlәrindәn faydalanmaqla şagirdlәrin әmәk bazarına hazırlığı, real situasiyalarda qәrarvermә bacarığı vә komanda daxilindә funksional rolu dәyәrlәndirilmişdir. Mәqalәdә qiymәtlәndirmәnin obyektivliyini tәmin etmәk mәqsәdi ilә işәgötürәn, mәktәb rәhbәrliyi vә müstәqil ekspertlәrin iştirakı ilә çoxşaxәli yanaşmanın tәtbiq olunduğu göstәrilir, hәmçinin qeyd olunur ki, bu model şagirdlәrin yalnız bilik vә bacarıqlarını deyil, hәm dә real iş mühitinә uyğun davranış, komandada әmәkdaşlıq vә situativ qәrarvermә kimi әsas kompetensiyalarını da qiymәtlәndirmәyә imkan verir. Mәqalәdә әsasәn bu yanaşmanın genişlәndirilmәsinin vә beynәlxalq tәcrübәnin sistematik tәtbiqinin vacibliyi vurğulanır.

Müvafiq keçidə daxil olmaqla məqalələr ilə tanış ola bilərsiniz:

Peşə təmayüllü siniflərdə təhsilalanların ixtisas və yumşaq bacarıqlarının keys metodu ilə qiymətləndirilməsi