Təhsil İnstitutunun Təhsildə nailiyyətlərin qiymətləndirilməsi şöbəsi şöbəsinin müdiri İlahə Tağıyevanın “Azərbaycan məktəbi” jurnalında “IV sinif şagirdlərinin tədris dili üzrə nailiyyətlərinin gender aspektindən təhlili” adlı məqaləsi dərc olunub.
Məqalədə 2022-2023-cü tədris ilində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV sinif şagirdləri arasında keçirilmiş monitorinqin nəticələrinə əsasən qız və oğlan şagirdlərin tədris dili fənni üzrə səriştələri arasındakı fərqlər araşdırılır. Monitorinqin nəticələrinə görə, qız şagirdlər oğlan şagirdlərə nisbətən daha yaxşı nəticələr əldə edib. Məqalənin məqsədi bu fərqlərin səbəblərini və onları doğuran faktorları müəyyən etməkdir. Məqalədə həmçinin qız və oğlan şagirdlərin tədris
dilində oxuyub-anlama bacarıqlarına təsir edən gender amilləri, sosial gözləntilər, motivasiya səviyyələri kimi məsələlər də qiymətləndirilib. Tədqiqatın nəticələri qız və oğlan şagirdlərin tədris dili üzrə öyrənmə ehtiyaclarının fərqləndiyini müəyyən edir və bu fərqlərin təhsil prosesində nəzərə alınaraq idarə edilməsinə dair praktik tövsiyələr irəli sürür.
Müvafiq keçidə daxil olmaqla məqalə ilə tanış ola bilərsiniz:
IV sinif şagirdlərinin tədris dili üzrə nailiyyətlərinin gender aspektindən təhlili