STEAM yanaşmasının məktəbəqədər təhsil kurikulumuna inteqrasiyası

Tarix: 16.04.2026
Paylaş:


Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Laləzar Cəfərovanın “STEAM yanaşmasının məktəbəqədər təhsil kurikulumuna inteqrasiyası” adlı məqaləsini təqdim edirik.

Məqalədə STEAM (Science, Technology, Engineering, Arts, Mathematics) yanaşmasının məktəbəqədər təhsil kurikulumuna inteqrasiyası müasir pedaqoji tendensiyalar fonunda elmi əsaslarla təhlil edilir. Tədqiqat çərçivəsində layihə əsaslı öyrənmə modeli əsasında uşaqlarda yaradıcılıq və innovativ düşüncə bacarıqlarının inkişafı, sosial-emosional öyrənmənin (SEL) dəstəklənməsi, inkişaf sahələri və məşğələlərarası inteqrativ təlimin real həyat kontekstində təşkili, erkən yaşda riyazi və məntiqi təfəkkürün formalaşdırılması və ekoloji düşüncənin məktəbəqədər müəssisə mühitində təbiət yönümlü fəaliyyətlərlə inkişaf etdirilməsi istiqamətləri geniş şərh olunur. Məqalədə STEAM yanaşmasının yalnız akademik bacarıqlara deyil, həm də uşaqlarda sosial məsuliyyət, əməkdaşlıq, empatiya və ekoloji şüurun formalaşmasına xidmət etdiyi elmi mənbələrə istinadla əsaslandırılır. Nəticə olaraq, tərbiyəçi-müəllimlər üçün metodik hazırlığın gücləndirilməsi, kurikulumda inteqrativ və layihə əsaslı modellərin prioritetləşdirilməsi, ailə və məktəbəqədər təhsil müəssisəsi əməkdaşlığının təşviqi kimi təkmilləşdirmə təklifləri irəli sürülür. Məqalə STEAM yanaşmasının məktəbəqədər təhsil mühitində uşaq maraqları və real həyat təcrübələri əsasında qurulmuş çevik kurikulum modelinin formalaşdırılmasına verdiyi pedaqoji töhfəni ön plana çıxarır.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

STEAM YANAŞMASININ MƏKTƏBƏQƏDƏR TƏHSİL KURİKULUMUNA İNTEQRASİYASI