Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə yekun nəticələri, kimya fənni üzrə isə ilkin nəticələr şəxsi kabinetlərə yüklənib.
Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Kimya fənni üzrə qiymətləndirmə meyarlarını təqdim edirik:
Kimya AYQ_Meyar
Kimya YYQ_Meyar
Nəzərinizə çatdırırıq ki, kimya fənni üzrə koordinasiya prosesi əyani formada Təhsil Texnologiyaları Mərkəzində (Nərimanov rayonu, Fətəli xan Xoyski küç., 109) həyata keçiriləcək. Şagirdlər saat 09:30-dan 14:00-dək mərkəzə gələrək yazı işləri ilə tanış ola, həmçinin münsiflər heyəti ilə görüşərək suallarını ünvanlaya bilərlər.
Bütün iştirakçılara təşəkkür edir, qalib olan məktəblilərimizi təbrik edirik!
Riyaziyyat fənni üzrə qalib şagirdlərin adlı siyahısını təqdim edirik:
Riyaziyyat AYQ_Qaliblər
Riyaziyyat YYQ_Qaliblər