Biologiya fənni üzrə RFO-nun ilkin nəticələri açıqlanıb

Tarix: 30.04.2026
Paylaş:

 

Respublika Fənn Olimpiadalarının biologiya fənni üzrə ilkin nəticələr şəxsi kabinetlərə yüklənib. Şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Nəzərinizə çatdırırıq ki, biologiya fənni üzrə koordinasiya prosesi 3 may tarixində əyani formada Təhsil Texnologiyaları Mərkəzində (Nərimanov rayonu, Fətəli xan Xoyski küç., 109) həyata keçiriləcək. Şagirdlər saat 09:30-dan 14:00-dək mərkəzə gələrək yazı işləri ilə tanış ola, həmçinin münsiflər heyəti ilə görüşərək suallarını ünvanlaya bilərlər.

Biologiya fənni üzrə qiymətləndirmə meyarlarını təqdim edirik:

Biologiya AYQ

Biologiya YYQ

Biologiya təcrübə