8-9-cu siniflərdə təhsil alan şagirdlər arasında beynəlxalq riyaziyyat olimpiadalarına hazırlaşmaq istəyənləri müəyyən etmək məqsədi ilə iki mərhələdən ibarət seçmə imtahanı keçirilib. 28 sentyabrda onlayn formatda təşkil edilən birinci mərhələdə uğur qazanan şagirdlər 6 oktyabrda ikinci mərhələyə dəvət olunub. İkinci mərhələdə şagirdlərə cavablandırmaq üçün açıq tipli tapşırıqlar təqdim olunub.
Nəticələrə əsasən 60 və daha yüksək bal toplayan şagirdlər dərslərə dəvət olunacaq və Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasına hazırlıq prosesinə cəlb olunacaq. Təqdim edilmiş sualların doğru həlləri və nəticələrlə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz.