XƏBƏRLƏR
-
26.04.2018
Təhsil İnstitutunun əməkdaşı Ankarada keçirilən "İkinci beynəlxalq Xoca Əhməd Yəsəvi" simpoziumunda məruzə ilə çıxış edib.
25-26 aprel tarixlərində Təhsil İnstitutunun (ARTİ) Təhsil nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi Mətanət Qurbanova Türkiyə Cumhuriyyətinin paytaxtı Ankara şəhərində keçirilən "İkinci beynəlxalq Xoca Əhməd Yəsəvi" simpoziumunda iştirak edib. -
17.04.2018
PISA 2018 - şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı üzrə tədqiqata başlanılıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən PISA 2018 (Program for International Student Assessment) - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı üzrə tədqiqatın keçirilməsinə başlanılıb. -
11.04.2018
PISA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı çərçivəsində keçirilən seminar-dərslər başa çatıb
Aprelin 10-da Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində paytaxt məktəblərində PISA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün təşkil olunan seminar-dərslər yekunlaşıb. -
04.04.2018
Türkiyənin təhsil mütəxəssisi Təhsil İnstitutunda olub
Aprelin 4-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Türkiyənin təhsil mütəxəssisi, doktor Erdem Söylemezin seminarı keçirilib. Öncə qonağı salamlayan ARTİ-nin direktor müavini, Elmi-Pedaqoji Mərkəzin direktoru Faiq Şahbazlı institutun fəaliyyəti barədə məlumat verib, Elmi-Pedaqoji Mərkəzin müəllimlərin elmi sahə ilə yanaşı praktik iş fəaliyyətlərinin inkişafı yönündə gördükləri uğurlu işlərdən söz açıb.