XƏBƏRLƏR
-
17.11.2022
ARTİ tərəfindən keçirilən "İnnovativ və strateji liderlik" təliminin ilk modulu başa çatıb
ARTİ-nin təşkilatçılığı ilə 16 noyabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "SABAH magistratura" proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində keçirilən "İnnovativ və strateji liderlik" təliminin ilk modulu başa çatıb. -
15.11.2022
Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin 2-ci mərhələsinin nəticələri açıqlanıb
Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin 2-ci mərhələsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən 50 və daha yüksək bal toplayan şagirdlər final mərhələsində iştirak hüququ qazanıb. Nəticələri olimpiada.edu.az saytına daxil olaraq əldə edə bilərsiniz. -
15.11.2022
Fizika üzrə təkmilləşdirilən fənn məzmunu müəllimlərlə müzakirə olunub
Hal-hazırda Təhsil İnstitutunun mütəxəssisləri Sinqapurun Alston Təhsil şirkəti ilə fizika fənni üzrə məzmunun təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq edir. VII-XI sinif fizika üzrə təkmilləşdirilən fənn məzmununun ilkin variantı Bakı məktəblərində çalışan qabaqcıl fizika müəllimlərinin müzakirəsinə təqdim olunub. -
14.11.2022
Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin ikinci mərhələsi keçirilib
13 noyabr 2022-ci il tarixində saat 10:00-da Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqənin ikinci mərhələsi keçirilib. İmtahan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil edilib. -
11.11.2022
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Noyabrın 11-də saat 11:00-dan etibarən Respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start veriləcək. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə "Müsabiqə və olimpiadalar" bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər: -
11.11.2022
"Pedaqoji əməkdaşlıq prosesində ünsiyyətin təşkili" mövzusunda təlim keçirilib
ARTİ MDPİM tərəfindən təşkil edilən "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir. 4-7 noyabr tarixlərində "Pedaqoji əməkdaşlıq prosesində ünsiyyətin təşkili" mövzusunda təlim keçirilib. 24 akademik saat müddətində davam edən təlimin əsas məqsədi pedaqoji ünsiyyət bacarıqlarını inkişaf etdirmək strategiyalarının öyrədilməsi olub. -
10.11.2022
"Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir
ARTİ MDPİM tərəfindən təşkil edilən "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir. "Diferensial yanaşma" mövzusunda olan budəfəki təlimlər 17-19 oktyabr tarixlərində keçirilib.