XƏBƏRLƏR
-
27.09.2022
"Refleksiv müəllim" layihəsi üzrə Azərbaycan dili fənnindən seminar keçirilib
ARTİ MDPİM tərəfindən 26 sentyabr tarixində "Refleksiv müəllim" layihəsi üzrə Azərbaycan dili fənnindən seminar keçirilib. 227 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Abdullayeva 8-ci sinif dərsliyində olan "Ana dili" mövzusu üzrə dərs icmalı təqdim edib. -
26.09.2022
ARTİ MDPİM tərəfindən "Refleksiv müəllim" layihəsi üzrə musiqi fənnini tədris edən müəllimlər üçün seminar keçirilib
ARTİ MDPİM tərəfindən 23 sentyabr tarixində keçirilən "Refleksiv müəllim" seminarının iştirakçıları musiqi fənnini tədris edən müəllimlər olub. Seminarda Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin musiqi müəllimi Azadə Ağayeva 3-cü sinif dərsliyində olan "Sadə musiqi formaları" mövzusu üzrə dərs icmalı təqdim edib. -
23.09.2022
İnternat məktəblərində işləyən psixoloqlar üçün ixtisasartırma təlimləri keçirilir
ARTİ MDPİM tərəfindən internat məktəblərində işləyən psixoloqlar üçün ixtisasartırma təlimləri keçirilir. "İnternat məktəblərinin psixoloqları üçün psixoloji işin təşkili" adlı təlim proqramı 36 akademik saatdan ibarətdir və onlayn formada həyata keçirilir. Təlimlərin keçirilməsində məqsəd internat məktəblərində işləyən psixoloqların nəzəri bilik və praktik səriştələrinin artırılmasıdır. -
23.09.2022
Həyat bilgisi üzrə yeni məzmun standartları müzakirəyə çıxarılıb
22 sentyabr tarixində ARTİ-də Bakı məktəblərindən fizika, kimya, biologiya, coğrafiya və həyat bilgisi fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimlərinin iştirakı ilə Həyat bilgisi üzrə yeni məzmun standartlarının müzakirəsinə dair görüş keçirilib. -
23.09.2022
ARTİ MDPİM tərəfindən "Refleksiv müəllim" layihəsi üzrə fizika fənnindən seminar keçirilib
ARTİ MDPİM tərəfindən 22 sentyabr tarixində "Refleksiv müəllim" layihəsi üzrə fizika fənnindən seminar keçirilib. Budəfəki seminar Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə təşkil edilib. Seminarda məktəbin fizika müəllimi Natavan Əliməmmədova 6-cı sinif dərsliyində olan "Diffuziya" mövzusu üzrə dərs icmalı təqdim edib -
20.09.2022
6 ayda əldə edilən böyük uğur: SABAH.lab məzunu Perkskit 90000 Avro investisiya cəlb edib!
SABAH.lab Akselerasiya Mərkəzi tərəfindən Kapital Bank-ın baş sponsorluğu ilə təşkil olunan tədbirdə fintech startap olan Perkskit "Startup Wise Guys" akselerasiya proqramı qəbul edilərək 90000 Avro dəyərində investisiya əldə edib. Qeyd edək ki, tədbirdə 24 yerli startap dünyanın bir neçə regionundan dəvət alan investorlara təqdim olunub. Perkskit, şirkətlərin əməkdaşları üçün loyallıq proqramını anında yarada bildikləri bir platformadır. -
20.09.2022
"Əməliyyatların mərkəzində istehsalat" adlı vebinar keçiriləcək
13 oktyabr tarixində saat 19:00-da ARTİ-nin təşkilatçılığı ilə "İş dünyası və ali təhsildə trendlər" və Azərbaycan Texniki Universitetinin "Sabah Magistratura" proqramı çərçivəsində "Əməliyyatların mərkəzində istehsalat" adlı vebinar baş tutacaq. Vebinarda şirkətdəki əməliyyatlar və dəyər zəncirindən, şirkətlərə gəlir gətirməsi üçün əməliyyatların aparılma formasından, istehsalatın şirkətin dəyər zəncirindəki əsas rolundan danışılacaq.